LƏNKƏRAN ŞİH-DƏ NÖVBƏTİ APARAT MÜŞAVİRƏSİ
Dekabrın 9-da Lənkəran Şəhər İcra Hakimiyyətində növbəti Aparat müşavirəsi keçirildi. Müşavirədə İcra Aparatının kollektivi, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, inzibati ərazi dairələrinin nümayəndələri və bələdiyyə sədrləri iştirak edirdilər.
Lənkəran ŞİH başçısının birinci müavini İlqar Dadaşov Ulu Öndər Heydər Əliyevin anım gününə, 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərinə, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik gününə hazırlıq məsələlərindən danışdı, bu əlamətdar tədbirlərlə bağlı qarşıda duran vəzifələr barədə məlumat verdi.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov sadalanan məsələlərlə əlaqədar olaraq müvafiq təşkilatların rəhbərlərinə konkret tapşırıq və tövsiyələrini verdi, həftə ərzində görüləcək işləri bir daha onların diqqətinə çatdırdı.