Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN RAYONUNUN SƏBİR KƏNDİNƏ TƏBİİ QAZ VERİLMİŞDİR

04 dekabr 2014 | 16:00

Dekabrın 4-də Lənkəran rayonunun Kərgəlan inzibati ərazi dairəsinə daxil olan Səbir kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə şəhər İcra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin rəhbərləri və təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Lənkəran ŞİH başçısının Kərgəlan inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elçin Rzayev açaraq bildirmişdir ki, Səbir kəndinin qazlaşması ilə əlaqədar Kərgəlan kənd inzibati ərazi dairəsinin tam qazlaşması başa çatır. Bu, böyük sevincdir. Bu sevinci bizə Prezidentimiz cənab İlham Əliyev bəxş etmişdir. Məhz buna görə möhtərəm dövlət başçımıza bütün sakinlərimiz adından dərin minnətdarlığımızı bildiririk.
Sonra kənd sakinlərindən İsmayıl Məmmədov və Nazir Bəşirov, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi İbrahim Kərbəlayev ürək sözlərini söyləmiş və kənd sakinlərini əlamətdar hadisə münasibətilə təbrik etmiş, yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov kənd sakinlərini təbrik edərək onlara ən səmimi və xoş arzularını çatdırmışdır. Rayonda qazlaşdırma işlərinin gedişindən söz açan İcra başçısı bildirmişdir ki, son iki il ərzində Lənkəranın 54 yaşayış məntəqəsində təbii qazın verilməsi bərpa edilmişdir. Səbir kəndi artıq 55-ci yaşayış məntəqəsidir. Bu, rayon üzrə ümumi qazlaşmanın 80 faizini təşkil edir. Gələn ildə daha 13 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulmuşdur. Arzu edirik ki, təbii qaz hər bir ailəyə rahatlıq, evlərə istilik və təmizlik gətirsin.
Sonda rəmzi məşəl alovlandırılmışdır.
103 abonenti olan Səbir kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 4112 metr müxtəlif diametrli metal, ümumi uzunluğu 1004 metr polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 103 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

 

Keçidlər