Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

BEYNƏLXALQ ƏLİLLƏR GÜNÜ QEYD OLUNDU

03 dekabr 2014 | 16:00

3 dekabr Beynəlxalq Əlillər günü respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da geniş qeyd edildi.
Heydər Əliyev Mərkəzində keçirilən bayram tədbirinin iştirakçıları əvvəlcə Mərkəzin foyesində əllilərin əl işlərindən ibarət sərgi ilə tanış oldular.
Tədbiri giriş sözü ilə açan Lənkəran ŞİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimov bütün əlilləri İcra başçısı Taleh Qaraşovun adından salamladıqdan sonra bildirdi ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd cəmiyyətin daha çox həssas təbəqəsinin ehtiyaclarına diqqətin cəlb edilməsidir. Azərbaycanın müstəqilliyi uğrunda sağlamlıqlarını itirənlərin, Böyük Vətən Müharibəsi, 20 Yanvar, Qarabağ Müharibəsi, Çernobl əlillərinin, fiziki cəhətdən əlilliyi olan insanların qayğıları daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Regionlarda əlillər üçün tikilən çoxmərtəbəli yaşayış binaları bunun bariz nümunəsidir. Lənkəranda 2006-cı ildə Əlillərin Bərpa Mərkəzi fəaliyyətə başlamış, onların həyat şəraitinin yaxşılaşdırılması üçün 90 nəfər əlil mənzillə təmin olunmuş, 10 nəfər əlil üçün isə fərdi yaşayış evi tikilərək istifadəyə verilmişdir.
Lənkəran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Maarif Bayramov əlilləri təbrik etdikdən sonra onlara dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan danışmışdır. O bildirmişdir ki, hazırda Lənkəranda 13636 nəfər fiziki sağlamlıqlarını itirən vətəndaş var. Onlardan bir qismi ünvanlı sosial yardım, digər qismi isə əmək pensiyası alır. Bayramla əlaqədar poçt vasitəsilə 220 nəfərə tərəfimizdən maddi yardım göndərilmişdir.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən bir qrup əlilə maddi yardım, eyni zamanda, Qızıl Aypara Cəmiyyətinin Lənkəran rayon bölməsi tərəfindən birinci qrup əlillər – Cil kənd sakini Möhübbət Mənsim oğlu Nəsirova və Osakücə kənd sakini Gülşən Mirağa qızı Kazımovaya əlil arabaları verilmişdir.
Sonda tədbir iştirakçıları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər