Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran SİH başçısı yanında növbəti Şura iclası keçirildi

02 dekabr 2014 | 16:00

dair Dekabrın 2-də Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı yanında növbəti Şura iclası keçirildi. Şura iclasında Lənkəran ŞİH başçısı Aparatının kollektivi, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələrinin nümayəndələri və bələdiyyə sədrləri iştirak edirdilər.
İclasda aşağıdakı məsələlər müzakirə edildi:
1. “Bələdiyyə seçkilərinin keçirilməsinə hazırlıqla əlaqədar seçicilərin sayının və seçki məntəqələri üzrə adlı siyahısının dəqiqləşdirilməsi, ilk dəfə səs verənlərin müəyyənləşdirilməsi, seçicilərlə görüşlərin keçirilməsi üçün açıq və qapalı yerlərin ayrılması, dairə və məntəqə seçki komissiyaları üçün müvafiq iş şəraitinin yaradılması sahəsində görülmüş işlərin vəziyyəti haqqında” (Məruzəçi Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev);
2. “Ətraf mühitin qorunması, ekoloji təhlükəsizliyin təmin edilməsi, rayon ərazisində mövcud dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrindən təyinatı üzrə istifadənin vəziyyəti barədə” (Məruzəçi Lənkəran ŞİH başçısının müavini – Aqrar məsələlər şöbəsinin müdiri Tofiq Rzayev);
3. “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” ilə bağlı Lənkəran rayonunda görülmüş işlər barədə” (Məruzəçi Lənkəran ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva).
Məruzələr ətrafında müzakirələrdə 1saylı ərazi üzrə ekologiya və təbii sərvətlər şöbəsinin müdiri Elman Quliyev, Rayon torpaq və xəritəçəkmə şöbəsinin müdiri Rafayil Tahirov, Qızıl Ağac Dövlət Təbiət Qoruğunun müdiri Yədulla Eyvazov, şəhər Mədəniyyət və turizm şöbəsinin müdiri Vasif Fərzullayev çıxış edərək rəy və mülahizələrini söylədilər.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov müzakirə olunan hər üç məsələyə münasibətini bildirdi, mövcud çatışmazlıqların və nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlarını və tövsiyələrini verdi.
Şura iclasında müzakirə olunan məsələlərə qərarlar qəbul edildi.

Keçidlər