Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ DEBAT KEÇİRİLDİ

24 noyabr 2014 | 16:00

Noyabrın 24-də Heydər Əliyev Mərkəzində məktəblilərin zərərli vərdişlərdən mühafizə olunmasına diqqətin artırılması məqsədilə “Uşaqlar zərərli vərdişlərdən necə mühafizə olunmalıdır” mövzusunda debat keçirildi.
Lənkəran Şəhər İcra Hakimiyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən debatda Lənkəran Rayonlararası Narkoloji Dispanserin baş həkimi Vuqar Əliyev, şəhər Təhsil şöbəsinin nümayəndəsi Ramin Hüccətov, rayonun ümumtəhsil orta məktəblərinin tərbiyə işləri üzrə direktor müavinləri, psixoloqlar və uşaq birliyi təşkilatlarının rəhbərləri iştirak edirdilər.
Debatı giriş sözü ilə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva açaraq iştirakçılara mövzu ilə bağlı məlumat verdi, bu gün debatda müzakirə olunacaq məsələnin cəmiyyətimizdə ciddi dərəcədə aktual olmasını diqqətə çatdırdı.
Sonra debatın mövzusuna həsr olunmuş 7 dəqiqəlik məlumatlandırıcı videoçarx nümayiş olundu.
Lənkəran Rayonlararası Narkoloji Dispanserin baş həkimi V.Əliyev çıxış edərək rayonumuzda yetkinlik yaşına çatmayanların zərərli vərdişlərdən qorunması üçün aparılan profilaktiki tədbirlər haqqında məlumat verdi.
İstisu qəsəbə tam orta məktəbinin psixologiya müəllimi Sadiq Quliyev, Boladi 1 nömrəli tam orta məktəbinin psixologiya müəllimi Kəmalə Səfərova, Şilavar kənd tam orta məktəbinin uşaq birliyi təşkilatının sədri Sevanə Rəfiyeva çıxış edərək məktəblilərin zərərli vərdişlərə qurşanmasının səbəbləri, uşaqların hansı yaş dövründə daha tez təsir altına düşmələri, bu kimi halların qarşısının alınması, təhsil müəssisələrində şagirdlərlə aparılan tərbiyəvi işdə hansı amillərə daha çox önəm verilməsi barədə fikirlərini bildirdilər.
Qarşılıqlı müzakirələr şəklində keçən debatı R.Əliyeva yekunlaşdırdı.

Keçidlər