Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ TƏLİM PROQRAMI KEÇİRİLDİ

21 noyabr 2014 | 16:00

Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının birgə təşkilatçılığı ilə hüquq-mühafizə orqanlarının əməkdaşları və vətəndaş cəmiyyəti təsisatları üçün “İnsan hüquqlarının müdafiəsi üzrə beynəlxalq və milli müdafiə mexanizmləri” mövzusunda təlim proqramı keçirildi.
Tədbiri Lənkəran ŞİH Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev açaraq İcra başçısı Taleh Qaraşovun təlim iştirakçılarına salamlarını çatdırdı.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov çıxış edərək BMT-nin insan hüquqları sahəsində əsas təyinatı, BMT-nin insan hüquqlarına məsul əsas orqanları, insan hüquqlarının müdafiəsi sahəsində BMT-nin nizamnamə və müqavilə mexanizmləri, qanun qarşısında bərabərlik və ayrı-seçkiliyə məruz qalmamaq hüququnu təmin edən universal hüquq normaları, ayrı-seçkiliyin qarşısının alınması sahəsində milli qanunvericilik, ayrı-seçkilik-şikayət proseduru və qaydaları haqqında geniş məruzə etdi.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Azərbaycan Respublikasında insan hüquqlarının təminatı sahəsində həyata keçirilmiş hüquqi islahatlar, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının insan hüquqlarının səmərəli təminatında rolu, insan hüquqlarına dair dövlət proqramları, planları və strategiyaları, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı: mahiyyəti, əhəmiyyəti, səciyyəvi cəhətləri və məzmunu, İnsan Hüquqları üzrə Müvəkkilin Milli Fəaliyyət Proqramının implementasiyasında rolu haqqında ətraflı məlumat verdi.
Çıxışlardan sonra sadalanan mövzular ətrafında iştirakçılarla qarşılıqlı müzakirələr aparıldı.
Təlim proqramının sonunda iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırıldı.

Keçidlər