Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİNDƏ NÖVBƏTİ APARAT MÜŞAVİRƏSİ

18 noyabr 2014 | 16:00

Noyabrın 18-də Lənkəran Şəhər İcra Hakimiyyətində növbəti Aparat müşavirəsi keçirildi. Müşavirədə İcra Aparatının kollektivi, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, inzibati ərazi dairələrinin nümayəndələri və bələdiyyə sədrləri iştirak edirdilər.
Lənkəran ŞİH başçısının birinci müavini İlqar Dadaşov çıxışında 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq məsələlərindən, rayonda aparılan abadlıq, səliqə-sahman və quruculuq işlərindən, yaşıllaşdırma aylığı çərçivəsində ağacəkmə aksiyasının keçirilməsindən danışdı, həftə ərzində görüləcək işlər barədə məlumat verdi.
Lənkəran ŞİH başçısının müavinləri – Möhübbət Babayev, İlkin Rəhimov, Tofiq Rzayev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev ötən həftədə görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışdılar.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti bələdiyyə seçkiləri üçün seçki məntəqələrinin yerləşdiyi ərazilərdə səliqə-səhman işlərinin aparılması, eyni zamanda rayonda  ağacəkmə kampaniyasının mütəşəkkil keçirilməsindən ötrü tövsiyyələrini söylədi. Sonra İcra başçısı qışa hazırlıq məsələlərindən söz açdı, şəhərdə, rayonun qəsəbə və kəndlərində yol kənarlarında səliqə-sahman işlərinə diqqətin artırılmasını, kəndlərdə torpaqların zəbt edilməsi hallarına qarşı barışmaz olmağı diqqətə çatdırdı, eyni zamanda vətəndaşların ərizə və şikayətlərinə ciddi yanaşmağın, onların qəbuluna diqqəti artırmağın vacibliyini qeyd etdi və həftə ərzində görüləcək işlərlə bağlı konkret tapşırıqlarını verdi.

Keçidlər