Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

YENİ MƏKTƏB BİNALARI QAPILARINI ŞAGİRDLƏRİN ÜZÜNƏ AÇDI

16 sentyabr 2012 | 15:00

Sentyabrın 15-də - Bilik Günündə Lənkəranda yenicə inşa edilmiş 3 məktəb qapılarını pedaqoji və şagird kollektivinin üzünə açdı. Bu münasibətlə hər üç məktəbdə təntənəli açılış mərasimləri keçirildi.
Xarxatan kənd tam orta məktəbində keçirilən mərasimi giriş sözü ilə açan məktəbin direktoru Faiq Babayev dövlət vəsaiti hesabına inşa edilmiş iki mərtəbəli, 360 şagird yerlik məktəb binasının hər cür şəraitlə, istilik sistemi ilə təchiz olunduğunu bildirdi, məktəbin pedaqoji kollektivi, şagirdləri, valideynlər və kənd ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevaya minnətdarlığını bildirdi.
Valideynlər adından Qabil Məmmədov, məktəbin müəllimi Mirzahir Soltanov və şagirdlər adından Aydan Əzizzadə çıxış edərək təbriklərini söylədilər.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təbrik nitqində bildirdi ki, bu gün Xarxatan kəndinin hər bir sakininin yaddaşında qalacaq əlamətdar gündür. Ölkə başçısının diqqət və qayğısı sayəsində inşa edilmiş bu ikimərtəbəli, yaraşıqlı məktəb binasının açılışı münasibətilə hamını təbrik edirəm.
İcra başçısı daha sonra hazırda respublikamızın bütün sahələrində olduğu kimi elm və təhsil sahəsində də sürətli inkişafdan söz açdı, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, hər iki dövlət proqramlarında məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar xüsusi maddələrin öz əksini tapdığını söylədi, şagirdlərimizi vətənpərvərlik, Ulu Öndər Heydər Əliyevin ideyaları ruhunda tərbiyələndirməyi tövsiyə etdi.
Sonda qırmızı lent kəsildi, İcra başçısı Taleh Qaraşov,İcra başçısının müavinləri, Şəhər Təhsil Şöbəsinin müdiri Şəhanə Əhmədova və hüquq-mühafizə orqanlarının rəhbərləri məktəblə tanış oldular.
***
Həmin gün iki mərtəbəli, 220 şagird yerlik Şiləvar kənd əsas məktəbinin yeni binasının da açılışı keçirildi.
Məktəbin direktoru Elnur Əsədli, müəllim Canağa İmanov, valideyn Həbibə Məmmədova, məktəbin şagirdi Aidə Qurbanova çıxış edərək ürək sözlərini söylədilər.
Milli Məclisin deputatı, iqisad elmləri doktoru, professor Rüfət Quliyev yeni məktəbin açılışı münasibətilə məktəbin pedaqoji və şagird kollektivini, o cümlədən Şiləvar kənd ictimaiyyətini təbrik etdi, yeni dərs ilində müəllimlərə və şagirdlərə uğurlar arzuladı.
İcra başçısı Taleh Qaraşov Bilik Günü və yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə ilk dəfə məktəbə qədəm qoyan fidan balaları, ilk dəfə əlinə jurnal alaraq sinfə girən müəllimləri və tələbə adını qazanmış abituriyentləri təbrik etdi.
İcra başçısı daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın elm və təhsilə göstərdikləri diqqət və qayğıya görə bütün lənkəranlılar adından onlara minnətdarlığını bildirdi.
Sonda rəmzi qırmızı lent kəsildi, İcra başçısı və qonaqlar məktəblə tanış oldular.

***
Sentyabrın 15-də iki mərtəbəli, 480 şagird yerlik Hirkan qəsəbə tam orta məkəbinin də yeni binasının açılış mərasimi keçirildi.
Məktəbin direktoru Adil Kərimov, valideyn Fəyaz Malıyev, məktəbin müəllimi Ələkbər Nuriyev, məktəbin şagirdi Nərgiz Rəhimli çıxış edərək yeni məktəbin istifadəyə verilməsi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevaya minnətdarlıq duyğularını ifadə etdilər.
Lənkəran ŞİH-in başçısı Taleh Qaraşov yeni məktəb binasının açılışı və Bilik Günü münasibətilə ilk növbədə birinciləri və məktəbin bütün pedaqoji və şagird kollektivini ürəkdən təbrik etdi.
İcra başçısı daha sonra əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf kursunun cənab Prezidentimiz İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirildiyini söylədi, dövlətimizin iqtisadi qüdrətinin gündən-günə artdığını, o cümlədən elm və təhsil sahəsində qazanılan uğurların göz qabağında olduğunu vurğuladı.
Taleh Qaraşov sonda yeni, müasir tipli, ikimərtəbəli binada yeni tədris ilinə başlayan məktəbin bütün pedaqoji və şagird kollektivinə uğurlar arzuladı.
Sonra rəmzi qırmızı lent kəsildi, İcra başçısı və onunla birlikdə gələn qonaqlar məktəbin fənn kabinetləri və ayrı-ayrı otaqlarla tanış oldular.
Açılış mərasimində Fövqəladə Hallar Nazirinin müavini Orucəli Hacıyev, Milli Məclisin deputatları Hadi Rəcəbli və Rüfət Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak edirdilər.
 

Keçidlər