Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda 5000-ə yaxın ailəyə Qurban payı verilib

04 oktyabr 2014 | 15:00

Qurban bayramı bütün ölkədə olduğu kimi Lənkəranda da geniş qeyd olunmuşdur.  Lənkəran Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Qurban bayramı ilə əlaqədar şəhərdə yarmarka təşkil olunmuş və yarmarkada ətlik heyvanların və ətin əhalinin alıcılıq qabiliyyətinə uyğun satılmasına nəzarət olunmuşdur. Sentyabrın 4-də bayram münasibətlə şəhərin Böyük Bazar, Kiçik Bazar, Qalayçılar məhəllələrindəki məscidlərdə, Şeyx Zahid türbəsində qurbanlıq qoyunlar kəsilərək  şəhid ailələrinə, Əfqanıstan və Qarabağ müharibəsi veteranlarına, Çernobıl əlillərinə, qaçqın və məcburi köçkünlərə, eləcə də aztəminatlı ailələrə paylanmışdır. Mərasimlərdə    respublikamızın  tərəqqisi, xalqımızın xoş rifah halının daha da yaxşılaşması, milli həmrəyliyin və əmin-amanlığın daha da möhkəmlənməsi naminə, Ümummilli Lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda şəhid olmuş insanların ruhuna dualar  oxunmuş,  milli  mənəvi dəyərlərin qorunmasının vacibliyi  qeyd olunmuşdur.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra hakimiyyətinin rəsmiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, KİV nümayəndələri keçirilən mərasimlərdə iştirak ediblər. İcra başçısı  mərasim iştirakçılarını və rayon sakinlərini bayram münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırmışdır. Mərasimlər zamanı 5000-ə yaxın  ailə Qurban payı ilə sevindirilmişdir.

Keçidlər