Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Qurban bayramı ilə əlaqədar Lənkəranda satış yarmarkası təşkil edilib.

03 oktyabr 2014 | 15:00

Oktyabrın 3-də Lənkəran şəhərində Qurban bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan təlabatını ödəmək və bazarda süni qiymət artımının qarşısını almaq məqsədi ilə satış yarmarkası təşkil edilib.
Qurbanlıq üçün nəzərdə tutulmuş mal-qara və davarlar Lənkəran Zona Baytarlıq Laboratoriyasının əməkdaşları tərəfindən tibbi müayinədən keçirilib.
Bayram yarmarkasına rayonda fəaliyyət göstərən 15 fermer təsərrüfatlarından və fiziki şəxslərdən 5 minə yaxın xırdabuynuzlu mal-qara çıxarılıb. Qiymətlər bazar qiymətindən 20-25 faiz aşağıdır.
Yarmarkada qoyulmuş nəzarət tərəzilərində çəkilmiş qurbanlıq ət əhaliyə diri çəkidə 4 manata, kəsilmiş halda isə 8 manata təklif olunur.
Həmişə olduğu kimi, bu il də Qurban bayramı ilə əlaqədar Lənkəran rayonunda məskunlaşan məcburi köçkün ailələri,  Qarabağ müharibəsi əlilləri, şəhid və imkansız ailələr diqqətdən kənarda qalmayıb. Bayram günlərində bu təbəqədən olan 4 min 200 nəfərə qurbanlıq payı veriləcəkdir.
Bayram yarmarkası iki gün davam edəcəkdir.

 

Keçidlər