Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ “TARİXİN ƏN BÖYÜK AZƏRBAYCANLISI” ADLI SEMİNAR TƏŞKİL OLUNMUŞDUR

29 sentyabr 2014 | 15:00

Bugün Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Tarixin ən böyük azərbaycanlısı” mövzusunda Lənkəran Tibb Kollecinin  I kurs tələbələri üçün Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı seminar təşkil olunmuşdur. Gənclər, öncə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olmuş,sonra Mərkəzin direktoru S.Şəfiyeva və baş mühafizi A.İbrahimova onlara görkəmli dövlət və siyasət xadimi H.Əliyevin azərbaycançılıq ideologiyası haqqında ətraflı məlumat vermişlər.Çıxışlarda qeyd olunmuşdur ki ,H.Əliyev özündən əvvəlki siyasi sələflərindən fərqli olaraq böyük dövlətçilik təcrübəsinə əsaslanaraq banisi olduğu Müstəqil Azərbaycan dövlətinin əsas milli ideyasını yaratmışdır.Bu milli ideya Azərbaycançılıqdır. Azərbaycançılıq ideologiyası ölkəmizdə qərinələr ötsə də  vahid xalq və cəmiyyət formalaşmasına istiqamətlənmiş olacaqdır. Seminarda birmənalı olaraq vurğulanmışdır ki, müstəqilliyimizin bünövrəsini H.Əliyev  hələ XX əsrin 70 –ci illərindən tədriclə , mərhələ- mərhələ qoymuşdur. Ölkəmizin bu günkü inkişafı H.Əliyev tərəfindən qoyulan siyasi xəttin nə qədər doğru olduğunu sübut edir.Qazanılan uğurların qaynağı bu böyük yola sədaqətdə və onu yaradıcı şəkildə inkişaf etdirməkdədir. Sonda tələbə - gənclər Mərkəzin elektron kitabxanası və tədqiqat qrupunun işləri ilə yaxından tanış olmuş,onlara  Ümummilli Liderin siyasi fəaliyyətini canladıran sənədli filmlərdən fraqmentlər ğöstərilmişdir.


 

Keçidlər