Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Xəmsə Milli İntellektual Oyunu üzrə Lənkəran turniri kecirilmisdir

11 sentyabr 2012 | 15:00

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.3 bəndinə əsasən gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı məqsədi ilə 10 sentyabr 2012-ci ildə Lənkəran şəhər Gənclər Evində Xəmsə Milli Oyunu üzrə Lənkəran turniri keçirildi. Lənkəran şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda ali və orta ixtisas müəssisələrinin komandaları iştirak edirdi. Qartallar, Oskar, Parasels, No name, 18+, Ejdahalar, Lyustur komandalarının iştirak etdiyi yarışda hər komandanı 5 iştirakçı təmsil edirdi. Birinci hissədə dörd, ikinci hissədə üç komanda yarışdı.Yarış iki hissədən ibarət təşkil olundu. Hər iki yarışda iştirak edən komandalara iyirmi sual verildi. Ən çox xal toplamış 3 komanda final mərhələsinə adladı.PARASELS komandası qalib oldu.Qalib komandaların hər bir iştirakçısına Gənclər və İdman İdarəsinin diplomları və I yerin qalibinə Kubok təqdim edildi.

Keçidlər