Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİNDƏ APARAT MÜŞAVİRƏSİ KEÇİRİLDİ

12 avqust 2014 | 15:00

Avqustun 12-də Lənkəran Şəhər İcra Hakimiyyətində növbəti Aparat müşavirəsi keçirildi.
Müşavirədə İcra Aparatının kollektivi, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələrinin nümayəndələri və bələdiyyə sədrləri iştirak edirdilər.
Lənkəran ŞİH başçısının müavinləri – Möhübbət Babayev, İlkin Rəhimov və Rasilə Əliyeva, şöbə müdiri Əlimərdan Əliyev çıxış edərək ötən həftə ərzində görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verdilər.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Aparat müşavirəsində bildirdi ki, ötən ay ərzində nəzərdə tutulmuş işlər proqram üzrə uğurla yerinə yetirilmişdir.
Kəndlərdən kollektiv yazılmış müraciətlərə toxunan İcra başçısı qeyd etdi ki, bu məzmunda olan məktubların əksəriyyəti kəndlərdə yol layihələri ilə bağlıdır. Son iki ildə Lənkəranda 4 böyük yol layihəsinin icra edildiyini və 5-ci yol layihəsi haqqında cənab Prezidentin yaxın zamanlarda növbəti sərəncam imzalayacağını diqqətə çatdıran Taleh Qaraşov bununla əlaqədar yerli inzibati ərazi dairələrinin nümayəndələrinə və bələdiyyə sədrlərinə əhali arasında kütləvi izahat işlərinin aparılmasının zəruriliyini vurğuladı.
Son vaxtlar havaların həddindən artıq isti keçməsi və quraqlıqla əlaqədar ərazilərdə baş verən yanğın hadisələrinə münasibətini bildirən İcra başçısı belə halların əsasən gecə saatlarında əhalinin pay torpaqlarında baş verməsinin ciddi narahatlıq doğurduğunu önə çəkdi. Balaca bir od böyük fəlakətlər törədə bilər. Məhz buna görə əhali arasında izahat işləri aparılmalı, həyəcan təbili çalınmalıdır. Yerli icra nümayəndəlikləri və bələdiyyələr buna görə məsuliyyət daşıyırlar.
Taleh Qaraşov daha sonra bütün ərazilərdə, xüsusilə yol kənarlarında səliqə-sahman işlərinə diqqətin artırılmasının, yaşıllıqların suvarılmasına ciddi ehtiyacın olduğunu bildirdi, qarşıdan gələn bələdiyyə seçkilərinə, məktəblərin yeni dərs ilinə hazırlıq məsələlərindən danışdı, növbəti həftə ərzində görüləcək işlərlə bağlı konkret tapşırıq və tövsiyələrini verdi.

 

Keçidlər