Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA POLİS İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD OLUNDU

03 iyul 2014 | 15:00

İyulun 2-də Lənkəranda polis işçilərinin peşə bayramı günü təntənə ilə qeyd olundu.
Əvvəlcə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhər-Rayon Polis Şöbəsinin şəxsi heyəti Heydər Əliyev Xatirə parkına gələrək Ulu Öndərin abidəsi önünə gül dəstələri qoydular.
Sonra Lənkəran Şəhər-Rayon Polis Şöbəsində bayram tədbiri keçirildi.
Lənkəran ŞRPŞ-nin rəisi, polis polkovniki Möhübbət Hüseynov nitqində Azərbaycan polisinin keçdiyi 96 illik çətin, məsuliyyətli, eyni zamanda, şərəfli yoldan bəhs etdi, Ulu Öndər Heydər Əliyevin daxili xidmət orqanlarının formalaşmasında göstərdiyi mühüm rolundan, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan polisinin ictimai asayişin, Lənkəran rayonunda dövlətçiliyimizin qorunmasında xidmətlərindən, görülən tədbirlərdən və s. məsələlərdən söz açdı.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov şəxsi heyəti təbrik etdi, onlara ən səmimi və xoş arzularını çatdırdı.
İcra başçısı həmçinin qeyd etdi ki, xalqımız Azərbaycan polisinə böyük inam bəsləyir, dövlətçiliyimizin möhkəmləndirilməsində, milli maraqların qorunmasında polisin xidmətləri danılmazdır.
Taleh Qaraşov Lənkəranda ictimai-siyasi sabitliyin, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində, polis-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin şəxsi heyətinin rolunu xüsusi qeyd etdi, sonda onlara çətin və məsuliyyətli işlərində uğurlar arzuladı.
Lənkəran rayon prokuroru Natiq Abdullayev, Məhkəmənin sədri Elçin Kazımov, MTN Lənkəran şəhər şöbəsinin rəisi Aydın Piriyev, bir neçə polis veteranı çıxış edərək təbriklərini və ürək sözlərini söylədilər.
Sonda polis orqanlarında səmərəli fəaliyyətinə görə şöbənin bir qrup əməkdaşına Lənkəran ŞİH başçısının Fəxri fərmanları, ŞRPŞ-nin pul mükafatları təqdim olundu.

 

Keçidlər