LƏNKƏRANDA UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ QEYD EDİLDİ
1 iyun–Uşaqların Beynəlxalq Müdafiəsi günü şəhərimizdə Heydər Əliyev Mərkəzinin qarşısında böyük təntənə ilə qeyd edildi.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva çıxış edərək bütün uşaqları İcra başçısı Taleh Qaraşovun adından təbrik etdi, Vətənimizə layiq övlad olmağı arzuladı.
Sonra Lənkəran şəhərinin məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan uşaqların ifasında Vətənə həsr olunan şeirlər oxundu, şən mahnılar səsləndirildi.
Uşaqların Beynəlxalq Müdafiəsi günü şəhərin Osman Mirzəyev adına uşaq evində də böyük coşqu ilə qeyd edildi.
Burada da icra rəsmisi Rasilə Əliyeva və şəhər Təhsil şöbəsinin müdiri Şəhanə Əhmədova çıxış edərək uşaqları bayram münasibəti ilə təbrik etdilər, onlara ən xoş arzularını bildirdilər, xoşbəxtlik və firavanlıq dilədilər.
Uşaq evinin milli geyimdə olan fidan balalarının oxuduğu şən mahnılar, oynadığı rəqslər və söylədikləri şeirlər qonaqlarda xoş ovqat, həzin duyğular yaratdı.
Şənlikdən sonra uşaqlar üçün Lənkəran ŞİH-nin başçısı Taleh qaraşovun adından bayram süfrəsi açıldı, uşaqlara hədiyyələr paylanıldı.