Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

MƏKTƏBLİLƏR ARASINDA FUTBOL ÜZRƏ ÇEMPİONATA HAZIRLIQLA BAĞLI SEMİNAR KEÇİRİLİB

08 sentyabr 2012 | 15:00

Sentyabrın 7-də Lənkəranda məktəblilər arasında futbol üzrə respublika çempionatına hazırlıqla bağlı seminar keçirilib. Lənkəran Gənclər və İdman İdarəsinin binasında keçirilən seminarda Cənub regionunda yerləşən 9 rayondan 30-a yaxın nümayəndə iştirak edib.
Seminarı Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Məhəmməd Abasquliyev açaraq mövzu ilə bağlı geniş məlumat verib.
Daha sonra çempionata təşkilati dəstək verən AFFA və “Coca-cola” şirkətinin nümayəndələrinin məlumat xarakterli çıxışları dinlənilib. Çıxış edənlər bildiriblər ki, çempionat respublikada futbolun inkişafına yönəlmiş tədbirlərin tərkib hissəsidir. Qaydalara uyğun olaraq çempionatın ilk mərhələsində hər bir rayonun hər bir məktəbinin 5-ci və 7-ci siniflərinin hər birindən bir komanda olmaqla rayon üzrə çempionat keçiriləcək. Növbəti mərhələdə isə rayonun qalib komandaları zona mərhələsində yarışacaq. Buradan da qalib çıxan komandalar final mərhələyə vəsiqə qazanacaq. Keçiriləcək bütün oyunları AFFA tərəfindən təyin olunacaq hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, istənilən mərhələdə qalib olacaq hər bir komandaya və onun məşqçisinə AFFA tərəfindən qiymətli hədiyyələr təqdim olunacaq.
 

Keçidlər