Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

28 may – Respublika gününə həsr olunmuş Futbol üzrə məktəblilərin turniri keçirildi

30 may 2014 | 15:00

Lənkəran şəhər Gənclər və İdman idarəsinin, Cənub Regional Futbol Federasiyasının və Lənkəran şəhər Təhsil Şöbəsinin birgə   təşkilatçılığı ilə Lənkəranda 8-10 yaşlı məktəbli uşaqlar arasında 28 May Respublika gününə həsr olunmuş futbol üzrə turnir keçirilmişdir. Qeyd edək ki, 1990-ci ildən bəri hər il keçirlən yarışmanın formatı illərlə bir neçə dəfə dəyişib və bu il yalnız 8-10-yaşlı məktəblilər arasında təşkil olunmuşdur. Turnirdə şəhər və kəndlərdən 20-yə yaxın məktəbi təmsil edən komandalar iştirak etmişdir.Keçirilən oyunların nəticələrinə uyğun olaraq artıq növbəti mərhələyə kənd komandalarından “Aşağı Nüvədi”, “Boladi”, “Hirkan”, “Mamusta” və “LəJ” komandaları, şəhər komandalarından isə “1 saylı orta məktəb, “2 saylı orta məktəb”, “3 saylı orta məktəb” , “7 saylı orta məktəb” və “10 saylı orta məktəb” komandaları vəsiqə qazandılar.Uzun mübarizədən sonra  final mərhələsinə Aşağı Nüvədi məktəbliləri və 7 saylı orta məktəbin komandası vəsiqə qazanmışdır. Ənənəyə sadiq olaraq yarışların final oyunu 28 may Respublika günündə keçirilmişdir.Final matçı Təhsil şöbəsinin nəzdindəki Uşaq Gənclər Idman Məktəbinin meydanında baş tutmuşdur. Beləliklə saat 09:00-da Aşağı Nüvədi kəndi və 7 saylı şəhər məktəbi komandalari üz-üzə gəlmiş, gərgin keçən ilk hissə minimal hesabla birincilərin xeyrinə nəticələnmişdir.Oyunun İkinci yarısında da Aşagi Nüvədi komandası daha 2 qol vuraraq oyunu qələbə ilə başa vura bilmişdir.Beləliklə,  Aşagi Nüvədi qəsəbəsini təmsil edən komanda ilk dəfə bu Keçici KUBOKU qazanmışdır . Qeyd edək ki, finalda vurulan hər üç qolun müəllifi turnirin “Ən sərrast oyuncu” nominasiyası üzrə mükafatlandırılan Zeynal Axundzadə oldu.Sonda Cənub RFF tərəfindən və   Lənkəran şəhər Gənclər və İdman İdarəsi tərəfindən qaliblərə və finalçılara qiymətli hədiyyələr, diplomlar təqdim olundu.

Keçidlər