LƏNKƏRANDA 28 MAY “RESPUBLİKA GÜNÜ”NƏ HƏSR OLUNAN FUTBOL TURNİRİ KEÇİRİLİR
Lənkəran şəhər Gənclər və İdman idarəsinin, Cənub Regional Futbol Federasiyasının və Lənkəran şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Lənkəranda 8-10 yaşlı məktəbli uşaqlar arasında 28 May Respublika gününə həsr olunan turnir keçirilir. Qeyd edək ki, 1990-ci ildən bəri hər il keçirlən yarışmanın formatı illərlə bir neçə dəfə dəyişib və bu il yalnız 8-10-yaşlı məktəblilər arasında təşkil olunur. Turnirdə şəhər və kəndlərdən 20-yə yaxın məktəbi təmsil edən komandalar iştirak edir. 17-may tarixinə qədər keçirilən oyunların nəticələrinə uyğun olaraq artıq ¼ final mərhələsinə vəsiqə qazanan komandalar da məlumdur. Ənənəyə sadiq olaraq yarışların final oyunu Respublika gününün qeyd olunduğu 28 may tarixində olacaqdır.