Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İSRAİLİN AZƏRBAYCANDAKI FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ LƏNKƏRANDA

15 may 2014 | 15:00

Mayın 14-də İsrail Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Rafael Harpaz Lənkərana səfərə gəlmişdir.
Lənkəran Şəhər İcra Hakimiyyətində rəsmi qarşılanma mərasimi olmuşdur.
İcra Hakimiyyətində keçirilən görüşdə Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov ali qonağı və onu müşayiət edən nümayəndə heyətini salamladıqdan sonra Lənkəran rayonu, onun tarixi, əhalisi, coğrafi mövqeyi, iqtisadiyyatı, mədəniyyəti, sənaye və turizm potensialı, rayonun ictimai-siyasi vəziyyəti haqqında qonaqlara ətraflı məlumat vermişdir.
Səfir Rafael Harpaz səmimi qəbula və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirmiş, İsrail-Azərbaycan ölkələri arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu, bütün bu əlaqələrin və səmimi münasibətlərin Ümummilli Lider Heydər Əliyev tərəfindən əsasının qoyulduğunu və hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini xüsusi vurğulamışdır.
Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduqlarını söyləyən ali qonaq Azərbaycanın ərazi bütövlüyünü, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini dəstəklədiklərini bildirmişdir.
Səfir R.Harpaz Lənkəranda əsasən beş istiqamətdə – kənd təsərrüfatı, su texnologiyası, səhiyyə, yüksək texnologiyalar və turizm sahələrində əməkdaşlıq məsələlərinə önəm verdiklərini diqqətə çatdırmışdır.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov İsrail Respublikası ilə gələcək əməkdaşlığın rayonumuz üçün çox əhəmiyyətli olduğunu söyləmiş, hər iki ölkə arasında uzun illərdən bəri davam edən dostluq, mehribanlıq və qardaşlıq əlaqələrinin bundan sonra da möhkəmləndirilməsi istiqamətində öz töhfələrini verəcəklərinə əminlik ifadə etmişdir.
Sonda ali qonağa Lənkəran xalçası və Lənkəran haqqında kitab hədiyyə edilmişdir.
Həmin gün cənab Rafael Harpaz və onu müşayiət edən nümayəndə heyəti rayonla tanışlıq məqsədi ilə Heydər Əliyev Xatirə parkını gəzmiş, Regional Müalicə-Diaqnostika Mərkəzinə, Mərkəzi Rayon Xəstəxanasına, “Gilan-Lənkəran” konserv zavoduna, “Nur-süd” müəssisəsinə, Hirkan Milli Parkına, Qızılağac dövlət qoruğuna getmiş, Vilvan kəndində “İlyas çay” fermer təsərrüfatında çay və sitrus bağlarına baxış keçirmişdir.

Keçidlər