Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 91-Cİ İLDÖNÜMÜNƏ HƏSR EDİLMİŞ MƏKTƏBLİLƏRARASI “ŞEİR MÜSABİQƏSİ” KEÇİRİLDİ

09 may 2014 | 15:00

Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinin keçirilməsi ilə bağlı tədbirlər planı hazırlanmışdır. Tədbirlər planının icrası istiqamətində Lənkəran rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda silsilə tədbirlər həyata keçirilir. Belə ki, mayın 7-də Lənkəran Şəhər İcra Hakimiyyəti şəhər Təhsil şöbəsi ilə birlikdə Hirkan qəsəbə tam orta məktəbində Hirkan qəsəbə, Parakənd, Xanbulan, Mamusta, Vel, Siyavar kənd tam orta və Daşdalığjar kənd ümumi orta məktəblərinin şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin 91-ci ildönümü ilə bağlı “Şeir müsabiqəsi” təşkil etmişdir. Müsabiqədə qaliblərin qiymətləndirilməsi üçün ümumtəhsil orta məktəblərinin aktiv Azərbaycan dili və ədəbiyyat müəllimlərindən ibarət 6 nəfərlik münsiflər heyəti müəyyənləşdirilmişdir.
Şeir müsabiqəsində 7 ümumtəhsil orta məktəblərindən 7-11 və 12-15 yaş qruplarına bölünməklə 48 şagird iştirak edirdi. Şagirdlər şeirlərdə Heydər Əliyevin xalqına, vətəninə və dövlətinə olan sevgisini həvəslə ifa etməklə bir daha öz uşaq qəlbləri ilə Ulu Öndərə olan sonsuz məhəbbətlərini tərənnüm edirdilər. Bu da tədbirdə iştirak edən məktəb rəhbərlərinin, münsiflər heyətinin sevincinə və alqışlarına səbəb olmuşdur.
Sonra münsiflər heyəti şeir müsabiqəsi qaliblərini yaş qruplarına uyğun olaraq elan etdi və qaliblərə diplomlar təqdim edildi. Belə ki, 7-11 yaş qrupları üzrə 1-ci yerə Xanbulan kənd tam orta məktəbinin şagirdi Aydan Mehman qızı Əbdülzadə, 2-ci yerə Siyavar kənd tam orta məktəbinin şagirdi Məhbubə Bağırova, 3-cü yerə Hirkan qəsəbə tam orta məktəbinin şagirdi Aysun Məhərrəm qızı Rəhimzadə, 12-15 yaş qrupu üzrə 1-ci yerə Hirkan qəsəbə tam orta məktəbinin şagirdi Aytac Mehman qızı Xəlilzadə, 2-ci yerə Vel kənd tam orta məktəbinin şagirdi Badam Şadıx qızı Ağayeva, 3-cü yerə Mamusta kənd tam orta məktəbinin şagirdi Təyyubə Tahir qızı Tahirli layiq görülmüşlər. Parakənd kənd tam orta məktəbinin şagirdi isə şeir müsabiqəsinin ən kiçik istedadlı şagirdi adına layiq görüldü.
Tədbirin sonunda Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi N.Əmənullayev çıxış edərək Ulu Öndər Heydər Əliyevin 91 illiyinə həsr edilmiş məktəblərarası zona “Şeir müsabiqəsi”nin yüksək səviyyədə təşkil edilməsini və belə tədbirlərdə Heydər Əliyev irsinin təbliğinin gənc nəslə vətənpərvərlik hissinin aşılanmasında böyük rol oynayacağını qeyd etdi.
Tədbirin sonunda gələcəkdə də belə tədbirlərin mütəmadi keçirilməsi tövsiyə olundu.

Keçidlər