Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİNDƏ NÖVBƏTİ APARAT MÜŞAVİRƏSİ KEÇİRİLDİ

07 may 2014 | 15:00

Mayın 6-da Lənkəran Şəhər İcra Hakimiyyətində növbəti Aparat müşavirəsi keçirildi.
Müşavirədə İcra başçısı, müavinləri, Aparat kollektivi, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələrinin nümayəndələri və bələdiyyə sədrləri iştirak edirdilər.
Lənkəran ŞİH başçısının birinci müavini İlqar Dadaşov Lənkəran ŞİH Başçısı Aparatında ərizə və şikayətlərlə aparılan işin vəziyyəti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da əhalinin tibbi müayinədən keçirilməsi aksiyasının uğurla başa çatması, Heydər Əliyev Mərkəzində nikah mərasimlərinin keçirilməsi, Milli Qəhrəman Əsgər Əliyev adına parkda və şəhər mədəniyyət sarayında aparılan əsaslı yenidənqurma işlərinin gedişi, yolların asfaltlaşdırılması, Bakı-Astara magistral yolu boyunca əkilmiş ağaclara qulluq edilməsi və suvarılması, bu il keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq və seçici siyahılarının dəqiqləşdirilməsi, Ümummilli Lider Heydər Əliyevin 91-ci ildönümü ilə əlaqədar Lənkəranda silsilə tədbirlərin keçirilməsi, 9 May Qələbə günü münasibətilə tədbirlər barədə müfəssəl məlumat verdi.
Lənkəran ŞİH başçısı Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşovun rəhbərliyi altında nümayəndə heyətinin aprelin 29-dan mayın 3-dək İtaliyanın Çerveteri şəhərinə reallaşan səfərin təfərrüatları, burada keçirilən görüşlər barədə ətraflı danışdı.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov Çerveteri və Lənkəran şəhərlərinin qardaşlaşması barədə şəhərin meri cənab Alessio Paskuçi ilə memorandumun imzalandığını diqqətə çatdırdı, İtaliyada Azərbaycanda gedən proseslərə yüksək qiymətin verilməsindən, Lənkəran haqqında burada xoş təəssüratların olmasından, hər iki şəhər arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsi istiqamətində nəzərdə tutulan tədbirlər haqqında söz açdı.
İcra başçısı sonda müşavirəni yekunlaşdıraraq həftə ərzində görüləcək işləri bir daha müvafiq təşkilatların diqqətinə çatdırdı, 9 May Qələbə gününün və Ulu Öndər Heydər Əliyevin 91-ci ildönümünün yüksək səviyyədə keçirilməsi üçün əlaqədar təşkilat rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər