Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN MƏRKƏZİ RAYON XƏSTƏXANASINDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 91 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLDİ

06 may 2014 | 15:00

Mayın 5-də Mərkəzi Rayon Xəstəxanasında Lənkəran Şəhər İcra Hakimiyyəti və Mərkəzi Rayon Xəstəxanasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Əvvəl Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olundu.
Sonra Lənkəran MRX-nın baş həkimi, tibb üzrə fəlsəfə doktoru Ağabala Kəlbiyev Ulu Öndərin şərəfli ömür yolu haqqında geniş məruzə etdi.
Məruzəçi Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbərlik etdiyi dövrdən iqtisadiyyatımızın, o cümlədən respublika səhiyyəsinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi qlobal tədbirlərdən, 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra həyatımızın bütün sahələrində olduğu kimi, tibb sahəsində də yerinə yetirdiyi islahatlardan, xalqın maddi rifah halının yaxşılaşdırılması yönündə gördüyü cahanşümul işlərdən, hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsindən, eyni zamanda Lənkəran səhiyyəsinin çiçəklənmə dövrünü yaşamasından ətraflı məlumat verdi.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva tədbir iştirakçılarına İcra başçısı Taleh Qaraşovun salamlarını çatdırdıqdan sonra Ümummilli Liderimizin şərəfli ömür yolunun bəzi məqamlarına toxundu.
Mamusta kənd sahə xəstəxanasının baş həkimi Şakir Qasımov, MRX-nın Ümumi terapiya şöbəsinin müdiri Siyasət Qasımov və başqaları çıxış edərək Ulu Öndərlə bağlı ürək sözlərini söylədilər, rəy və təkliflərini bildirdilər.

Keçidlər