Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ KONFRANS

03 may 2014 | 15:00

Mayın 2-də Heydər Əliyev Mərkəzi şəhər Mədəniyyət və turizm şöbəsi ilə birlikdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi və Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə konfrans keçirmişdir. Konfransı Heydər Əliyev Mərkəzinin direktoru Seyidzadə Şəfiyeva açaraq Ümummilli Liderin həyat və fəaliyyəti haqqında söhbət açmış, onun fövqəlbəşər, fövqəladə şəxsiyyət olduğunu bir daha vurğulamışdır.
Lənkəran Dövlət Universitetinin baş müəllimi Kamal Mahmudov, şəhər 10 nömrəli tam orta məktəbinin direktor müavini Zəhra Qasımova, Şəhər İcra Hakimiyyətinin məsul işçisi Asif imanlı mövzu ətrafında məruzələr etmişlər.
Tədbirin sonunda konfrans iştirakçıları Azərbaycan Dövlət Televiziyasının istehsalı olan “Heydər Əliyev və Naxçıvan” adlı filimdən fraqmentlər izləmişlər.
Rayon ziyalılarının iştirak etdiyi konfransı S.Şəfiyeva yekunlaşdırmışdır.

Keçidlər