Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA REGİONAL SEMİNAR-MÜŞAVİRƏ

30 aprel 2014 | 15:00

Aprelin 29-da Lənkəranda Heydər Əliyev Mərkəzində Dövlət Sosial Müdafiə Fondunun bölgə üzrə seminar-müşavirəsi keçirilmişdir. “Dövlət Sosial Müdafiə Fondunun elektron xidmətləri” adlı regional təqdimat mərasimində DSMF-nin Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad və Biləsuvar rayonlarında yerləşən şöbə və sektor müdirləri, habelə bu rayonlardan olan sığorta ödəyiciləri, pensiyaçılar, KİV-lərin nümayəndələri və s. iştirak etmişlər.
Tədbiri ŞİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimov açaraq İcra başçısı Taleh Qaraşovun salamlarını iştirakçılara çatdırmışdır. İ.Rəhimov çıxışında dövlət başçısının 2014-cü il 2 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın əhəmiyyətini xüsusi vurğulamış və qeyd etmişdir ki, bu strategiyaya əsasən informasiya və kommunikasiya texnologiyaları respublikanın davamlı və dayanıqlı inkişafının təmin edilməsi, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsi üçün əlverişli vasitə olaraq qəbul edilir.
DSMF-nin Pensiya Sənədləri və Müraciətlərlə iş şöbəsinin müdiri Famil Qədimov çıxış edərək bildirmişdir ki, bu gün Azərbaycanda sığorta-pensiya sistemi ölkə əhalisinin 40 faizdən çoxunu əhatə edir və Fondun Mərkəzi məlumat bazasında 1 milyon 277 min nəfər pensiyaçı və 2 milyon 750 min nəfər sığorta olunan barədə müvafiq məlumatlar toplanıb. Hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində DSMF tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətlərinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl işlər görülür.
Təqdimat mərasimində DSMF-nin İnformasiya texnologiyaları şöbəsinin müdiri Sabir Qocayev Fondun elektron xidmətlərinə dair təqdimatla çıxış etmiş və hər bir xidmət barədə ətraflı məlumat vermişdir.
Tədbirin sonunda iştirakçılar 2003-2013-cü illərdə Azərbaycan Respublikasında pensiya-sığorta sisteminin inkişafına həsr olunmuş videolentə baxmışlar.
Tədbiri ŞİH-nin rəsmisi İ.Rəhimov yekunlaşdırmışdır.

Keçidlər