Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA "DİN XADİMLƏRİ SÜLHÜN CARÇILARIDIR” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB

07 sentyabr 2012 | 15:00

Sentyabrın 5-də Lənkəran Şəhər İcra Hakimiyyəti və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin (DQİDK) cənub şöbəsi, “Din xadimləri sülhün carçılarıdır” mövzusunda tədbir keçirib.
Heydər Əliyev idarəçilik universitetində baş tutan tədbirdə 50-yə yaxın rayon ruhaniləri və din xadimləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nin cənub şöbəsinin müdiri Qağayı Məmmədov tədbir iştirakçılarını Ramil Səfərovun əfv olunaraq azadlığa buraxılması münasibətilə təbrik edib, ombudsman Elmira Süleymanovanın rəhbərliyi ilə Azərbaycanda keçirilən "Sülh aylığı" çərçivəsində görülən işlərdən və xüsusən din xadimlərinin bu işdəki müstəsna rolundan danışıb.
Sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundzadənin çıxışı dinlənilib. Sülhün islam dininin təməli olduğunu söyləyən din xadimi, müsəlmanın yalnız xeyirli əməllərə, savab və vicdani vərdişlərə dəvət carçısı oldugunu söyləyib.
Daha sonra Lənkəranda yerləşən məscidlərin axundları, dini icmaların nümayəndələri və digər ruhanilər çıxış edərək belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd ediblər.
Sonda Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Vüsal Nəsirli çıxış edərək “Sülh Aylığı” çərçivsində Lənkəranda görülən işlərdən danışıb, oxşar tədbirlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
 

Keçidlər