Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

SƏHİYYƏ NAZİRİ LƏNKƏRANDA VƏTƏNDAŞLARI QƏBUL ETDİ

18 mart 2014 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən Səhiyyə naziri Oqtay Şirəliyev martın 17-də Lənkəran Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirmişdir.
Qəbulda Lənkəranla yanaşı, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarının sakinləri iştirak etmişlər.
40 nəfərə yaxın vətəndaşın iştirak etdiyi qəbulda vətəndaşların müraciətləri əsasən xəstəliklərin müalicəsi, işlə təminat və digər məsələlərlə bağlı olmuşdur.
Edilən müraciətlərin bir çoxu yerindəcə həllini tapmış, digər müraciətlərin həlli ilə bağlı müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.
Səhiyyə Nazirliyinin səlahiyyətinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara gondərilməsi üçün qeydiyyata alınmış və nəzarətə götürülmüşdür.

Keçidlər