Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA “YAŞILLAŞDIRMA AYLIĞI” MÜTƏŞƏKKİL DAVAM EDİR

05 mart 2014 | 16:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun 18 fevral 2014-cü il tarixli Sərəncamına əsasən Lənkəranın şəhər, qəsəbə və kəndlərində 2014-cü ilin fevralın 20-dən martın 20-dək "Yaşıllaşdırma aylığı" keçirilir.
Sərəncam imzalandığı gündən bu kampaniya artıq kütləvi xarakter almışdır. Fevralın 20-dən başlayaraq ümumrayon iməcilikləri keçirilir. İməciliklər zamanı Lənkəranın şəhər, qəsəbə və kəndlərinin ərazilərində əhalinin iştirakı ilə park, bağ və meydanlarda, magistral yol və küçə kənarlarında müxtəlif növ ağaclar, həmişəyaşıl, dekorativ kollar əkini həyata keçirilir.
İməciliklərdə Lənkəran ŞİH başçısı müavinlərinin, İcra Aparatının şöbələrinin iştirakı ilə inzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyələr, Lənkəran şəhər Mənzil-İstismar və Kommunal Müəssisələr İdarəsi, 1 saylı Ərazi üzrə Ekologiya və Təbii Sərvətlər şöbəsi, Lənkəran Meşə Bərpası və Mühafizəsi Müəssisəsi, Hirkan Milli Parkı və digər aidiyyatı təşkilatlar yaşıllaşdırma aylığında fəallıq göstərirlər.
Martın 4-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iməcilikdə iştirak etmiş, bu kampaniyanın mütəşəkkil keçirilməsi üçün tövsiyə və tapşırıqlarını vermişdir.

Keçidlər