Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

ŞƏNBƏ İMƏCİLİKİLƏRİ

02 sentyabr 2012 | 15:00

Sentyabrın 1-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun sərəncamına əsasən şəhərimizdə, rayonun qəsəbə və kəndlərində iməciliklər, abadlıq-təmizlik işləri davam etdirildi.
İməciliklər zamanı şəhərimizin park və xiyabanlarında təmizlik işləri aparıldı, səki və yolların ətrafı təmizləndi, ağaclar budandı və gövdələri ağardıldı. Suötürücü arxlar zibillərdən təmizləndi, park və bağlarda ağac və gül kolları əkildi.
Növbəti şənbə iməciliyində ayrı-ayrı kollektivlər, bütün idarə, müəssisə və təşkilatların nümayəndələri, şəhərimizin demək olar ki, bütün prospekt və küçələrində, qəsəbə və kəndlərdə yerli sakinlər yaşadıqları ərazilərdə səliqə-səhman işlərinin görülməsində yaxından iştirak etdilər.
 

Keçidlər