Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Avropa İttifaqının nümayəndəsi Lənkəranda olmuşdur

25 fevral 2014 | 16:00

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasi və iqtisadi şöbəsinin rəhbəri Toralf Pilz fevralın 24-də Lənkəran rayonunda olmuşdur.
Avropalı qonaq Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşmüşdür.Görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, rayonun sosial-iqtisadi inkişafında bu əməkdaşlığın gələcək  perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.
Səmimi qəbula və qonaqpərvərliyə görə Avropa İttifaqının rəsmisi şəhər icra hakimiyyətinin başçısı T. Qaraşova minnətdarlığını bildirmişdir.
Sonra Toralf Pilz Lənkəran Dövlət Universitetində olmuş, müəllim və tələbələr qarşısında Avropa İtifaqının fəaliyyəti, iş prinsipləri və Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı ilə bağlı məruzə ilə çıxış etmişdir. Görüş zamanı avropalı diplomat tələbə və müəllimləri maraqlandıran sualları cavablandırmışdır.
Həmin gün axşam Toralt Pilz Lənkəran şəhərindəki “Dalğa” kafesində rayonda fəaliyyət göstərən Qeyr-Hökumət Təşkilatlarının bir qrup nümayəndəsi ilə görüşmüş, onların fəaliyyəti ilə maraqlanmışdır.

Keçidlər