“TABLOLARDA DANIŞAN QAN YADDAŞIMIZ”
24 fevral 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş “Tablolarda danışan qan yaddaşımız” adlı sərginin təqdimat mərasimi keçirildi.Tədbiri Heydər Əliyev Mərkəzinin direktoru S.Şəfiyeva açaraq iştirakçıları salamlamış və Xocalı faciəsinin tariximizin ən dəhşətli və qanlı səhifələrdən biri olduğunu qeyd etmişdir.Sonra çıxış edənlər R.Şahbazi və A.İbrahimova bildirdilər ki,hər bir tarixi hadisə xalqın milli mənlik şüuruna o vaxt həkk olur ki, o, eyni zamanda sənət əsərlərinin də mövzusuna çevrilir.Azərbaycan xalqının tarixən yaşadığı faciələri, münaqişə və müharibələri, xalqın yetişdirdiyi yaradıcı insanlar əsrlər boyu və bu gün də öz bədii əsərlərində əks etdirmişlər. Sərginin açılışında bir mənalı vurğulanmışdır ki,rəsm əsərlərində bu qanlı tariximiz daha faciəvi və obrazlı təsvir olunur.Bu gün bu sərgidə nümayiş etdirilən əsərlərdə məktəblilərin,gənclərin Azərbaycan xalqının məruz qaldığı qanlı təcavüzə münasibətləri təcəssüm etdirilir. Əliyeva Jalə İlqar qızı, Ağayeva Leyla Rafiq qızı, Məmmədzadə Murad Tofiq oğlu, Kərimli Fatimə Afər qızı, Əhmədli Nuray Fərahim qızı, Şirəliyev Emin İxtiyar oğlu, Həsənli Leyla Mayis qızı, Əhmədova Ramilə Musarıza qızı, Həbibli Leyli Ramil qızı, Hüseynli Zülfiyyə Kamran qızı və başqalarının rənglərin dili ilə canlandırdıqları faciə,ağrı-acı, bunların fonunda xalqın qürur və yenilməzliyi, birliyi özü təsiredici bir vasitədir.Bu rəsm əsərləri bir daha böyüməkdə olan gənc nəslin böyük vətənpərvərlik hissləri ilə yaşadığını və belə tarixi mövzuların onlar üçün müqəddəs olduğunu təsdiq edir. Sonda iştirakçılar üçün Xocalı faciəsini özündə canlandıran sənədli film nümayiş etdirildi.Sərgi 2 ğün davam edəcək.