Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda “Xocalı soyqrımı - XX əsrin faciəsi” mövzusunda tədbir keçirilmişdir

22 fevral 2014 | 16:00

21 fevral 2014-cü il tarixdə Lənkəran şəhər Gənclər və İdman İdarəsi, şəhər Təhsil şöbəsi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə  Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 22-ci ildönümünün anımı məqsədilə tədbir keçirilmişdir. 200 nəfər məktəblinin iştirakı ilə baş tutan tədbirin açılışnı Gənclər və İdman İdarəsinin rəis müavini Nazim Vəliyev edərək tədbir iştirakçılarını salamlamış və bildirmişdir ki, Xocalı soyqrımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. O, Ümumilli Liderimiz Heydər Əliyevin sitatını qeyd edərək demişdir: “Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarıdan biri kimi daxil oldu”.Sonra şəhər Təhsil şöbəsinin müdür müavini Güloğlan Bağırov  geniş məruzə ilə çıxış edərək Xocalı faciəsinin təkcə Azərbaycana deyil, ümumilikdə bəşəriyyətə, insanlığa qarşı yönəldilən ən ağır cinayət olduğunu tədbir iştirakçılarının  diqqətinə çatdırmışdır. Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin elmi işçisi Ruhulla Şahbazi Xocalı faciəsinin dünyaya bəyan edilməsi yolunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səylərindən bəhs etmiş və bildirmişdir ki, məhz  İlham Əliyevin uğurlu siyasətinin nəticəsində bu gün dünyanın nüfuzlu dövlətləri və ABŞ-ın 10 ştatı Xocalı faciəsini tanımışdır. R.Şahbazi həmçinin Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında gənclərin üzərinə düşən məsuliyyəti də qeyd etmişdir.Çıxışların sonunda Xocalı faciəsində həlak olanlar bir dəqiqəlik sükutla yad edildi.Tədbir Vahid Mustafayevin “Xoca” filminin nümayişi ilə yekunlaşdı.

Keçidlər