Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANIN KƏRGƏLAN VƏ DARQUBA KƏNDLƏRİ DƏ TƏBİİ QAZLA TƏCHİZ OLUNDU

08 fevral 2014 | 16:00

Fevralın 7-də Lənkəranın daha iki kəndinə – Kərgəlan və Darquba kəndlərinə mavi yanacaq verilişinə başlandı. Bu münasibətlə hər iki kənddə təntənəli açılış mərasimi keçirildi. Tədbirlərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Mərasimlərdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Kərgəlan və Darquba inzibati ərazi dairələri üzrə nümayəndəsi Əflatun Əsgərov çıxış edərək iştirakçıları salamladı, hamını bu əlamətdar gün münasibətilə təbrik etdi, hər iki kənddə təbii qaz təchizatı sisteminin yenidən qurulması istiqamətində aparılan işlərlə bağlı bəzi məlumatları diqqətə çatdırdı. Ə.Əsgərov bildirdi ki, ötən müddət ərzində 3300 əhalisi olan Kərgəlan kəndində 32839 paqonni/metr uzunluqda müxtəlif ölçülü dəmir və politelin boru xətti çəkilmiş, 807 sayğac quraşdırılmışdır. 1014 nəfər vətəndaşın yaşadığı Darquba kəndində isə 10162 paqonni/metr uzunluqda müxtəlif ölçülü dəmir və politelin boru xətti çəkilmiş, 278 sayğac quraşdırılmışdır. Hər iki kəndə təbii qaz verilişi orta təzyiqli PE-160 mm-lik kəmər vasitəsilə “Rvo-2” QPS-dən təmin edilmişdir.
Sonra Kərgəlan kənd sakinləri Yusif Paşayev, şəhid atası Rəhim Əliyev, Darquba kənd sakinləri Reyhanə Sadıqova, Samirə Ağayeva, məktəb müəlliməsi Nəzakət Baxşıyeva və başqaları çıxış edərək ürək sözlərini söylədilər, 23 illik fasilədən sonra kəndlərə təbii qazın verilməsilə böyük sevinc hissi keçirdiklərini bildirdilər, onlara göstərilən yüksək diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşova və “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə etdilər.
Mərasimlərdə həmçinin Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edərək ölkəmizdə, o cümlədən rayonumuzda qaz təchizatı sisteminin yenidən qurulması istiqamətində aparılan genişmiqyaslı işlərdən, rayonun sosial infrastrukturunun yaxşılaşdırılması üçün icra edilən bir sıra dövlət əhəmiyyətli lahiyələrdən və dövlət başçısı İlham Əliyevin bütün bunların həyata keçirilməsi ilə bağlı imzaladığı sərəncam və fərmanların əhəmiyyətindən danışdı. Çıxışlarının sonunda əlamətdar gün münasibətilə hamını ürəkdən təbrik edən İcra başçısı ölkə vətəndaşlarının, xüsusilə bölgələrdə yaşayanların rifah halının yaxşılaşdırılması və həyat şəraitinin yüksəldilməsi üçün var qüvvəsi ilə çalışan cənab Prezident İlham Əliyevə bütün rayon sakinlər adından minnətdarlığını bildirdi.
Sonda təbii qazın verilişini bildirən rəmzi məşəl alovandırıldı.

Keçidlər