Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ “GƏNCLƏR GÜNÜ VƏ MÜASİR AZƏRBAYCAN GƏNCLİYİ” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR

31 yanvar 2014 | 16:00

Yanvarın 30-da Heydər Əliyev Mərkəzində “Gənclər günü və müasir Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Seyidzadə Şəfiyeva açaraq iştirakçıları salamladı, gəncləri 2 fevral – Gənclər günü münasibətilə təbrik etdi, rayonda aparılan gənclər siyasətindən danışdı. Gənclər gününün təsis edilməsi ilə bağlı tarixə toxunan S.Şəfiyeva bildirdi ki, ölkəmizdə gənclərə belə böyük dəyərin verilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ümummilli Liderin 1997-ci ildə imzaladığı Fərmanla 2 fevral – Gənclər günü qeyd olunmağa başlanmışdır.
Dəyirmi masada rayon Qadınlar şurasının sədri Elduzə Əhmədova, şəhər Təhsil şöbəsinin aparıcı mütəxəssisi Ramin Höccətov, 5 saylı şəhər tam orta məktəbinin müəllimi Ağacəfər Fətullayev, 4 saylı HTML-in müəllimi Məlahət Tağıyeva, Lənkəran Humanitar Kollecin tarix müəllimi Günay Şıxəlizadə və başqaları çıxış edərək ölkədə gənclər siyasətinin uğurla davam etdirildiyini, gənclərin beynəlxalq səviyyədə təhsil almaları, onların həyatın müxtəlif sferalarında layiqincə təmsil oluna bilmələri üçün geniş və hərtərəfli imkanların yaradıldığını, dövlət idarəçilik sistemində gənclərin önə çəkildiyini və şəxsən cənab Prezident İlham Əliyev tərəfindən dəstəkləndiyini bildirdilər. Bütün bunların isə, əlbəttə, Azərbaycan gəncliyinin daha yüksək, dövrün tələblərinə uyğun səviyyədə yetişmələri və ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil etmələri üçün əvəzsiz olduğunu vurğuladılar.
Dəyirmi masanı S.Şəfiyeva yekunlaşdıraraq bir daha bütün gəncləri cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırdı.

Keçidlər