Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİ BAŞÇISININ GƏRMƏTÜK QƏSƏBƏSİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞÜ KEÇİRİLDİ

31 yanvar 2014 | 16:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü yanvarın 30-da Gərmətük qəsəbəsində keçirdi.
Görüşü Lənkəran ŞİH başçısının Gərmətük inzibati ərazi dairəsi üzrə nümayəndəsi Vadim Qasımov açaraq bildirdi ki, nümayəndəlik Gərmətük qəsəbəsini və Velədi kəndini əhatə edir. Gərmətük qəsəbəsində 4267 nəfər, Velədi kəndində isə 1678 nəfər əhali yaşayır.
İcra nümayəndəsi ərazidə aparılan abadlıq və səliqə-sahman işləri barədə də məlumat verdi, bir sıra sosial məsələləri Icra başçısının diqqətinə çatdırdı.
Gərmətük bələdiyyəsinin sədri Vüqar Rzayev bələdiyyənin əhatə etdiyi Gərmətük qəsəbəsində, Bala Şürük, Kosalar və Velədi kəndlərində görülən işlər, həyata keçirilən tədbirlər haqqında danışdı, əhalinin problemlərinin həlli istiqamətində yerinə yetirilən məsələlərdən bəhs etdi.
Sonra qəsəbə sakinlərindən Beytulla Cəfərov, Baloğlan İbadov, İbrahim Cabbarov və başqaları ürək sözlərini söylədilər, respublikamızda, eləcə də rayonumuzda aparılan genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və İcra başçısı Taleh Qaraşova minnətdarlıqlarını bildirdilər, bir sıra təkliflər irəli sürdülər.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov səyyar qəbul-görüşü yekunlaşdıraraq son illərdə respublikamızda sosial-iqtisadi sahədə qazanılmış uğurlardan ətraflı bəhs etdi, ölkə vətəndaşlarının sosial problemlərinin həllinin cənab Prezidentin siyasətinin əsasını təşkil etdiyini bildirdi, Ulu Öndər Heydər Əliyev məktəbində yetişmiş və formalaşmış cənab İlham Əliyevin hazırda Ümummilli Liderin siyasətini uğurla davam etdirdiyini, ölkəmizdə möhkəm ictimai-siyasi sabitliyin yaradıldığını və bu sabitliyi qoruyub saxlamağın vacibliyini diqqətə çatdırdı, ölkə vətəndaşlarının təhlükəsizliyinin tam təmin olunduğunu xüsusi vurğuladı, Azərbaycanın demokratik və hüquqi dövlət olduğunu söylədi.
İcra başçısı son 2 il ərzində dövlət başçımız tərəfindən Lənkəran rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə dair imzaladığı 8 Sərəncamdan irəli gələn vəzifələrin rayonumuzda hazırda uğurla icra edilməsindən, bunun möhtərəm Prezidentimizin Lənkərana və lənkəranlılara göstərdiyi diqqət və qayğının təzahürü olmasından danışdı, Lənkəranda yeni infrastruktur layihələrinin bundan sonra da müvəffəqiyyətlə yerinə yetiriləcəyini bir daha diqqətə çatdırdı.

Keçidlər