Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİ BAŞÇISI YANINDA ŞURA İCLASI KEÇİRİLDİ

29 yanvar 2014 | 16:00

Yanvarın 28-də Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı yanında Şura iclası keçirildi.
İclasda İcra başçısının müavinləri, İcra Aparatının kollektivi, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələrinin nümayəndələri və bələdiyyə sədrləri iştirak edirdilər.
Şura iclasında iki məsələ müzakirə edildi.
Birinci məsələ – “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Lənkəran rayonunun qazlaşdırılması və rayonun su-kanalizasiya sistemində yenidənqurma işlərinin aparılması haqqında Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın 2013-cü il 27 fevral tarixli qərarının icra vəziyyəti barədə Qaz İstismar sahəsinin və Su-kanal idarəsinin hesabatı” barədə Lənkəran Su-kanal idarəsinin rəisi Rövşən Təhməzovun və Lənkəran Qaz İstismar sahəsinin rəisi Ceyhun Axundovun məlumatları dinlənildi.
Müzakirə olunan məsələ ilə əlaqədar Şəhər İcra Hakimiyyəti başçısının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri Möhübbət Babayev çıxış etdi.
İkinci məsələ – “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Lənkəran rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin icrası vəziyyəti haqqında” Şəhər İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimovun məruzəsi dinlənildi.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov hər iki məsələ ilə əlaqədar fikirlərini söylədi, qarşıda duran vəzifələri bir daha diqqətə çatdırdı, müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.
Şura iclasında müzakirə olunan hər iki məsələ ilə bağlı qərar qəbul edildi.

Keçidlər