Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

ŞURA İCLASI

30 avqust 2012 | 15:00

Avqustun 29-da Lənkəran ŞİH başçısı yanında Şuranın növbəti iclası keçirildi.
Şura iclasında 2012-2013-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar rayonda görülən işlər barədə məsələ müzakirə edildi.
Həmin məsələ ilə əlaqədar ŞİH başçısının müavini – şəhər təsərrüfatı şöbəsinin müdiri Möhübbət Babayevin məruzəsi dinlənildi.
Məruzəçi Lənkəran Elektrik Şəbəkəsi, Lənkəran Su-Kanal idarəsi, Lənkəran Mənzil İstismar və Kommunal Müəssisələr idarəsi, Lənkəran Qaz İstismar Sahəsi, Lənkəran 42 saylı Yol İstismar İdarəsi, Lənkəran Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsi, Lənkəran Telekommunikasiya Qovşağı, Şəhər Təhsil Şöbəsi, Mərkəzi Rayon Xəstəxanası, Şəhər Mədəniyyət və Turizm Şöbəsi, Lənkəran İstilik Sistemləri İstismar Sahəsi, Lənkəran Meşə Mühafizəsi və Bərpası Müəssisəsi, Lənkəran Neft Terminalı Bazası, Lənkəran Dəmiryol Stansiyası, “Lənkəran-Sərnişin” ASC və Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən 2012-ci ilin iş planına əsasən rayonda payız-qış mövsümünə hazırlıq sahəsində görülmüş işlər barədə məlumat verdi, qarşıda duran vəzifələri sadaladı və müəyyən çatışmazlıqları diqqətə çatdırdı.
İclasa sədrlik edən Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov xüsusilə məktəblərin cari tədris ilinə necə hazırlaşması məsələsi üstündə daha ciddi dayandı. İcra başçısı bununla əlaqədar qeyd etdi ki, yerli inzibati ərazi dairələri, bələdiyyələr, idarə, müəssisə və təşkilat rəhbərləri, sahibkarlar və iş adamları məktəblərin və uşaq bağçalarının yeni tədris ilinə nümunəvi hazırlaşması üçün lazımi köməkliklərini göstərməli, cari təmir işlərində yaxından iştirak etməli, həmin tədris müəssisələrinin yeni dərs ilinə tam hazır olmaları üçün hamı bir nəfər kimi səyini əsirgəməməlidir. Bu çağırışa bütün rayon qoşulmalıdır.
Taleh Qaraşov daha sonra payız-qış mövsümünə hazırlıqla əlaqədar hər bir idarə, müəssisə və təşkilat tərəfindən tədbirlər planının hazırlanmasının vacibliyini vurğuladı, oktyabr ayının 15-dək bütün zəruri tədbirlərin başa çatdırılması üçün müvafiq tapşırıqlarını verdi.
Sonra məruzə ətrafında müzakirələrdə Lənkəran Elektrik Şəbəkəsinin rəisi Məqatil Yunusov, Lənkəran Qaz-İstismar Sahəsinin rəisi Xalid Rzayev, Lənkəran Su-Kanal İdarəsinin rəisi Rövşən Təhməzov və başqaları çıxış edərək qarşıdan gələn payız-qış mövsümünə hazırlıq barədə məlumat verdilər.
İcra başçısı Taleh Qaraşov Şura iclasını yekunlaşdıraraq bir daha əlaqədar idarə, müəssisə və təşkilat rəhbərlərinə üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyi tövsiyə etdi.
 

Keçidlər