Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA 20 YANVAR FACİƏ QURBANLARININ XATİRƏSİ ANILDI

18 yanvar 2014 | 16:00

Yanvarın 17-də 20 Yanvar faciə qurbanlarının 24-cü ildönümü – Ümumxalq Hüzn günü respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da böyük ehtiramla yad edildi. Həmin gün səhər saatlarından Şəhidlər Xiyabanında böyük izdiham var idi.
Mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Şəhidlər Xatirə Kompleksinin önünə əklil qoydu.
Sonra İcra başçısı şəhidlərin məzarı önünə tər qərənfil dəstələri düzdü, şəhid ailələrinin üzvlərinə başsağlığı verdi.
Daha sonra ümumxalq ziyarəti başlandı. Ziyarətə gələnlər – İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, habelə ictimaiyyətin nümayəndələri kompleksin önünə gül-çiçək dəstələri düzərək şəhidlərin xatirəsini ehtiramla yad etdilər.
Sonra N.B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında “Qanlı Yanvar” nağılı adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Respublikanın Əməkdar artisti Adil Zeynalovun ssenarisi əsasında və quruluşunda səhnələşdirilmiş ədəbi-bədii kompozisiya tamaşaçılar tərəfindən rəğbətlə, maraqla qarşılandı.
Qeyd edək ki, yanvarın 20-də rayon ərazisində matəm əlaməti olaraq Azərbaycanın Dövlət Bayrağı endiriləcək, Bakı vaxtı ilə saat 12-00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, nəqliyyat vasitələrində səs siqnalları verilcəkdir.

Keçidlər