Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Heydər Əliyev Mərkəzində 20 yanvar hadisələrinin 24-cü ildönümünə həsr olunmuş kütləvi tədbir keçirildi

17 yanvar 2014 | 16:00

16 yanvar 2013-cü il  tarixində H.Əliyev Mərkəzində ’’20 yanvar- istiqlalın qanlı və şanlı səhifəsi ’’ adlı kütləvi tədbir keçirildi. Əvvəlcə tədbir iştirakçıları Vətənin istiqlalı uğrunda canlarını qurban vermiş şəhid oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad  etdi, qanlı hadisə ilə bağlı lentə alınmış sənədli filmə baxdılar . Sonra  Mərkəzin əməkdaşı Aygün İbrahimova, H.Əliyev İrsi Araşdırmalar Mərkəzinin Lənkəran bürosunun rəhbəri Sevinc Hüseynova və başqaları çıxış edərək xalqımızın əsrlər boyu  uğrunda mübarizə apardığı müstəqillik yollarında qarşılaşdığı məşəqqətli, faciəli səhnələrin və ağrılı günlərin  silinməz izlərini bir daha yaddaşlara gətirdilər. Qeyd olunmuşdur ki, sovet imperiyasının qoşun birləşmələri tətəfindən 1990-cı ilin 20 yanvarında xalqımızın milli azadlıq hərəkatına qarşı böyük bir cinayət törədilmişdir. Lakin tökülən nahaq qanlar, milli mənliyimizə qarşı olan vəhşiliklər xalqımızın mübarizə əzmini qıra bilmədi, azadlığa, müstəqilliyə əbədi olaraq yol açdı. Sonda  bədii qiraətçilərin ifasında vətənpərvərlik hisslərini canlandıran kompozisiya təqdim olundu.

Keçidlər