Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Heydər Əliyev Mərkəzində məktəblilər üçün “20 yanvar” faciəsinin 24-cü il dönümünə həsr olunmuş açıq tarix dərsi keçirildi

14 yanvar 2014 | 16:00

  Yanvarın 13-də  Heydər Əliyev Mərkəzində keçirilən açıq tarix dərsi 20 yanvar hadisələrinin 24-cü il dönümünə həsr olunmuşdu.Açıq dərsdə Mərkəzin elmi işçisi R.Şahbazinin ’’Milli düşüncəyə həkk olunan əbədi tarix’’ mövzusunda  mühazirəsi dinlənilmişdir.Dərs faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra başlamışdır. Məktəblilərə birmənalı olaraq çatdırıldı ki,  20 yanvar faciəsi Azərbaycan xalqının milli azadlıq hərakatına qarşı törədilmiş qanlı cinayətdir.Xalqımızın qan yaddaşına əbədi həkk olan bu tarix eyni zamanda  qürur və iftixar günüdür.1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə  axıdılan günahsız qanlar Azərbaycan xalqının müstəqillik ugrundakı mübarizə əzmini qıra bilmədi. Vətənə, torpağa sədaqət nümunəsi yaradaraq müstəqilliyə əbədi yol açdı. Baş verən faciədə həlak olan vətən oğulları şəhidliyi ilə xalqımızın tarixinə parlaq səhifə yazdılar. Açıq dərs zamanı bu faciəyə hüquqi siyasi qiymətin verilməsində  Ümummilli Liderimiz Heydər Əliyevin tarixi xidmətləri barədə geniş məlumat verildi.   
Dərsdə dinləyiciləri maraqlandıran suallar cavablandırıldı, eyni zamanda  yanvar hadisələrini özündə əks etdirən sənədli filmlərdən fraqmentlər nümayiş etdirildi, mərkəzin elektron kitabxanasındaki  siyasi əsərlər və memorial muzeylə tanışlıq  keçirildi.

Keçidlər