Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Lənkəranda vətəndaşları qəbul edib

11 yanvar 2014 | 16:00

Yanvarın 10-da Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov Lənkəranda növbəti vətəndaş qəbulunu keçirib. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran ərazi idarəsində keçirilən qəbulda Lənkəranla yanaşı, Lerik, Astara, Cəlilabad, Masallı, Yardımlı, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşlar iştirak ediblər. 
Müraciətlər əsasən daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəsi, habelə Komitənin digər fəaliyyət istiqamətlərinə aid olub.
   Komitə sədri K.Həsənov müraciətlərdə qaldırılan bəzi məsələlərin operativ həlli üçün Komitənin tabeliyindəki müvafiq qurumların rəhbərlərinə göstərişlər verib. Vətəndaşlara onların müraciət və təklifləri ilə bağlı qanunvericiliyin tələbləri izah olunub, bu məsələlərin həlli istiqamətində zəruri tədbirlərin görüləcəyi bildirilib.
  Araşdırma tələb edən digər müraciətlər isə qeydiyyata götürülüb.

Keçidlər