Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Heydər Əliyev Mərkəzində 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “həmrəyliyə aparan yol” mövzusunda tədbir keçirilmişdir

30 dekabr 2013 | 16:00

Dekabrın 29-da Heydər Əliyev Mərkəzində ’’Həmrəyliyə aparan yol’’-başlığı altında   tədbir keçirilmişdir.Tədbirdə çıxış edən Mərkəzin direktoru S.Şəfiyeva, A.İbrahimova və başqaları Dünya Azərbaycanlılarının həmrəylik gününün  tarixi əhəmiyyətindən söz açmış,   bu günün qeyd olunmasının hər bir azəri övladının düşüncə tərzi, təfəkkürü və vətənpərvərlik tərbiyəsində misilsiz rol oynadığını bildirmişlər.Tədbirdə bir mənalı vurğulanmışdır ki,Azərbaycanda milli həmrəylik fəlsəfəsinin əsaslarını Heydər Əliyev qoymuşdur.Məhz bu dahi şəxsiyyət hər an azərbaycanlıları möhkəm birliyə, dilimizi, mədəniyyətimizi, musiqimizi, adət-ənənələrimizi unutmamağa, onu qoruyub yaşatmağa çağırmışdır.Bu gün milli varlığımızın ən önəmli sərvəti olan milli həmrəylik hissini dərindən dərk edən ölkə vətəndaşları və xarici soydaşlarımız müstəqil Azərbaycan dövlətinin dünya birliyində daha da möhkəmlənməsində əzmlə çalışır və yeni-yeni töhvələr verirlər.Tədbirdə həvəskar rəssamların sənət dünyasını işıqlandıran Mərkəz tərəfindən hazırlanmış maraqlı süjetlər və rəsm əsərləri nümayiş olunmuş,sonra Lənkəran Dövlət Hümanitar Kollecinin birinci kurs tələbəsi Əbdülrəhimli Aytac Samir qızına və  şəhər 4 saylı tam orta məktəbin şagirdi Əliyeva Jalə İlqar qızına sertifikatlar təqdim edilmişdir.

Keçidlər