Heydər Əliyev Fondu Lənkəranda valideyn himayəsindən məhrum olan uşaqlar üçün Yeni il şənliyi təşkil etmişdir
29 dekabr 2013 | 16:00
Dekabrın 28-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lənkəran şəhərindəki Osman Mirzəyev adına qarışıq tipli uşaq evində Yeni il şənliyi keçirilmişdir.
Bayram süfrəsi ətrafında davam edən mərasimdə iştirak edənlər, Şaxta baba, Qar qız, klounlar və musiqiçilər bayram sevincini uşaqlarla birgə yaşamışlar.
Mərasimdə çıxış edən uşaq evinin direktoru Ofelya Qənbərova valideyn himayəsindən məhrum olan uşaqları 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etmiş, Heydər Əliyev Fondu adından onlara yeni il hədiyyələri təqdim etmişdir.