31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı Lənkəran şəhər Mədəniyyət mərkəzində tədbir keçirildi
Dekabrın 27-də Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni təqvim ilinin başlanması ilə bağlı gənclər üçün bayram tədbiri təşkil olundu. Mədəniyyət mərkəzinin metodisti Ağacəfər Fətullayev gələn qonaqları salamladı və bayram münasibətiylə təbrik etdi. O, yola saldığımız 2013-cü ildə ölkəmizin qazandığı uğurlar barəsində məlumat verdi. Tədbirin bədii hissəsində gənc bədii qiraət ustası Nurlan Məmmədov şeir kompozisiyasını ifa etdi. Bir-birindən şən mahnılar zala xüsusi ovqat bəxş etdi. Müğənnilər Qabil Nəcəfov, Mətanət Babayeva, Elgün Cavadov Azərbaycana və Yeni ilə həsr olunmuş mahnılar ifa etdilər. Mədəniyyət mərkəzinin bədii qiraət dərnəyinin üzvləri Natiq Məmmədovun rəhbərliyi ilə Mədəniyyət mərkəzinin “Çölləmə” rəqs ansamblı ritmik, şux rəqslər ifa etdi. Gənc müğənnilər Murad Tahir, Tünzalə Hacıyeva, Cəmil Quliyev, Şamil Əkbərov və Fidan Cahangirova gözəl mahnılarla tamaşa zalını coşdurdular. Şaxta Baba və Qar Qız bütün gəncləri həmrəy olmağa çağırdı, Yeni təqvim ilini ləyaqətlə yaşamağı tövsiyyə etdi. Lənkəran Dövlət Humanitar Kollecinin və Lənkəran Dövlət Tibb Kollecinin tələbələri Şaxta Baba və Qar Qızın qarşısında maraqlı səhnəciklər, rəqslər və mahnılarla çıxış etdilər. Ədəbi bədii gecə gənclərin kütləvi rəqsi ilə başa çatdı.