Lənkəranda aztəminatlı ailələrə bayram sovqatı paylanıldı
Respublika Auditorlar Palatası qarşıdan gələn 31-dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibətilə Lənkəranda məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinə bayram sovqatı payladı. Bununla əlaqədar Lənkəran Şəhər İcra Hakimiyyətində tədbir keçirildi.
Tədbirdə giriş sözü ilə çıxış edən Respublika Auditorlar Palatasının sədri Vahid Novruzov qaçqın və məcburi köçkün ailələrini qarşıdan gələn yeni il və Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə təbrik etdi. O bildirdi ki, ölkə başçısı cənab İlham Əliyevin qaçqın və məcburi köçkün ailələrinə göstərdiyi qayğı nəticəsində Ölkədə bu kateqoriyadan olan ailələrin yaşayış tərzi günü-gündən yaxşılaşır. Daha sonra tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini İlkin Rəhimov qaçqın və məcburi köçkünləri Rayon rəhbəri adından təbrik etdi.Sonda Lənkəranda məskunlaşmış 70-dən çox qaçqın və məcburi köçkün ailələri onlara göstərilən qayğıya və diqqətə görə Ölkə başçısına minnətdarlıqlarını bildirdilər.