Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞƏHƏR İCRA HAKİMİYYƏTİ BAŞÇISI YANINDA İLİN SON ŞURA İCLASI VƏ NÖVBƏTİ APARAT MÜŞAVİRƏSİ KEÇİRİLDİ

25 dekabr 2013 | 16:00

Dekabrın 24-də Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı yanında ilin son Şura iclası keçirildi.
İclasda üç məsələ müzakirə edildi.
“Hirkan qəsəbə, Şağlakücə, Separadi və Şilavar kənd icra nümayəndəliklərində icra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkili, kadrların məsuliyyətinin artırılması, vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində görülmüş işlərin vəziyyəti barədə” Aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev;
“Şəhər və rayon ərazisində mülkiyyət formasından asılı olmayaraq qanunsuz tikililərlə bağlı görülmüş tədbirlər barədə” Aparatın Memarlıq və tikinti şöbəsinin müdiri Mahir Axundov məruzələrlə çıxış etdilər.
Şura iclasında həmçinin “2014-cü il üçün Lənkəran ŞİH başçısı yanında Şuranın və Lənkəran ŞİH başçısı Aparatının perspektiv iş planları barədə” məsələ də müzakirə edildi.
İclası yekunlaşdıran İcra başçısı Taleh Qaraşov müzakirə olunan məsələlərə münasibətini bildirdi və qarşıda duran mühüm vəzifələrlə əlaqədar konkret tapşırıqlarını verdi.
Elə həmin gün Lənkəran Şəhər İcra Hakimiyyətində növbəti Aparat müşavirəsi keçirildi.
Müşavirədə İcra başçısının müavinləri, İcra Aparatının şöbə müdirləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələrinin nümayəndələri və bələdiyyə sədrləri iştirak edirdilər.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov əvvəlcə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevi doğum günü münasibətilə öz adından və bütün lənkəranlılar adından təbrik etdi, dövlət başçımıza Azərbaycanın bundan sonra daha da çiçəklənməsi naminə fəaliyyətində yeni-yeni uğurlar arzuladı.
Lənkəran ŞİH başçısının birinci müavini İlqar Dadaşov, İcra başçısının müavinləri Möhübbət Babayev, İlkin Rəhimov və Tofiq Rzayev ötən həftə ərzində rayonun ərazisində görülmüş işlər barədə hesabat verdilər.
İcra başçısı Taleh Qaraşov ötən həftə ərzində görülmüş işlərə münasibətini bildirdi, bir sıra cari məsələləri diqqətə çatdırdı və konkret tapşırıqlarını verdi.

Keçidlər