RUSİYA FEDERASİYASININ “ROSSİYA-2” TELEKANALININ ƏMƏKDAŞLARI LƏNKƏRANA SƏFƏR ETMİŞDİR
20 dekabr 2013 | 16:00
Rusiyanın “Rossiya-2” telekanalının səyahət və kulinariya verilişinin 5 əməkdaşı dekabrın 18-də Lənkərana səfər etmişdir. Rusiyalı telejurnalistlər Lənkəranın zəngin və özünəməxsus mətbəxi ilə yaxından tanış olmaq üçün şəhərin “Xan” restoranında ləziz yeməklərin bişirilmə qaydasını izləyiblər.
Qonaqlar həmçinin rayonun Separadi kənd mədəniyyət evinin məşhur “Nənələr” folklor mahnı və rəqs kollektivinin ifasında maraqlı konsert proqramına da baxıblar, ayrı-ayrı ifaları lentə alıblar.