Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN VƏFATINDAN 10 İL ÖTDÜ

13 dekabr 2013 | 16:00

Azərbaycan xalqının dahi oğlu, zəmanəmizin görkəmli siyasi xadimi, Ümummilli Liderimiz Heydər Əliyevin vəfatından  10 il keçir. İllər bu əzəmətli şəxsiyyəti zaman baxımından uzaqlaşdırsa da, o, ruhən həmişə bizimlədir.
Ürəyi daim xalq üçün, Vətən üçün döyünən Ulu Öndər Heydər Əliyevin parlaq ideyaları bu gün də yaşayır və qalib gəlir, işıqlı sabaha, xoşbəxt gələcəyə gedən yolumuzu nurlandırır. Təsadüfi deyil ki, dekabrın 12-də respublikamızda Ümummilli Liderin anım günü ümumxalq məhəbbətinin təzahürünə çevrildi. Bu, Lənkəranda da daha qabarıq hiss olunurdu.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Heydər Əliyev Xatirə parkında Ulu Öndərin əzəmətli heykəlini ziyarət etdi, önünə təzə-tər qərənfillər qoydu.
Sonra İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, müəssisə və təşkilatların kollektivləri, tələbələr, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, hərbi hissələrin şəxsi heyəti abidənin önünə gül dəstələri düzdülər.
Daha sonra İcra başçısı Taleh Qaraşov digər rəsmilərlə birlikdə Heydər Əliyev Mərkəzində Ulu Öndərin ömür yolunu əks etdirən ekspozisiya baxış keçirdilər.
Həmin gün  “Şah” sarayında Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ehsan verildi.

Keçidlər