“HƏYATLA OYUN”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərancamı ilə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı təsdiq edilmişdir. Proqramda gənclər siyasəti sahəsində bir sıra tədbirlərlə yanaşı, gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması məqsədilə teatr tamaşasının hazırlanması və nümayişinin təşkil olunması vəzifə kimi aidiyyəti təşkilatlara həvalə edilmişdir.
Məhz buna görə də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə birgə “Həyatla oyun” adlı teatr tamaşası hazırlamışdır.
Həmin tamaşa 27 avqust 2012-ci il tarixdə Lənkəran şəhər ictimaiyyətinin nümayişinə təqdim edilmişdir.
Real həyatda baş verən hadisələr əsasında hazırlanan tamaşada əsas məqsəd insanları bəşəriyyətin ən böyük fəlakəti olan narkomaniyaya qarşı mübarizəyə səsləməkdir.
Rejissor İntiqam Soltanın səhnələşdirdiyi və Bakı Uşaq Teatrının kollektivi tərəfindən oynanan tamaşa Lənkəran Dövlət Dram Teatrının səhnəsində nümayiş etdirilib.