Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ “HEYDƏR ƏLİYEV- PLANETAR ŞƏXSİYYƏT” MÖVZUSUNDA TƏLƏBƏLƏR ÜÇÜN TƏDBİR KEÇİRİLDİ

12 dekabr 2013 | 16:00

11 dekabr 2013-cü il tarixində Heydər Əliyev Mərkəzində Lənkəran Dövlət Humanitar Kollecinin tələbələrinin iştirakı ilə Ulu Öndərin anım gününə həsr olunmuş “Planetar şəxsiyyət” adlı tədbir keçirilmişdir. Tədbirdə dahi şəxsiyyətin ömür yolunu işıqlandıran video filmin, onun haqqında yazılmış  əsərlərin və fotoalbomların təqdimatı olmuş, ictimai-siyasi fəaliyyəti ilə bağlı çıxışlar dinlənilmişdir. Çıxış edən natiqlər qeyd etmişlər ki, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu yolunda addımlayan Azərbaycan xalqı bu günlər bir daha Heydər Əliyevin parlaq xatirəsini böyük məhəbbətlə anıb ruhu qarşısında mənəvi borcu yerinə yetirir. O, Azərbaycan xalqına tarixi xoşbəxtlik bəxş etdi. Məhz bu insanın müdrik siyasəti nəticəsində müstəqillik tarixinin ən ağır illərində qısa müddət ərzində Azərbaycan dünya birliyində layiqli mövqe tutdu. Sonda iştirakçılar Ümummilli Liderin memorial muzeyini ziyarət etdilər.

Keçidlər