Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Xalq şairi M.Arazın 80 illik yubileyi ilə bağlı Q.Vəliyev adına Lənkəran şəhər mədəniyyət mərkəzində tədbir keçirildi

12 dekabr 2013 | 16:00

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq şairi, Dövlət mükafatı laureatı Məmməd Arazın 80 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 sentyabr 2013-cü il tarixli sərəncamına əsasən 10 dekabr 2013-cü il tarixində, Q.Vəliyev adına mədəniyyət mərkəzində görkəmli şairin yubileyi ilə bağlı “Vətəndaş şair-Vətən şairi Məmməd Araz”  adlı ədəbi-bədii  gecə keçirildi. Tədbirdə mədəniyyət mərkəzinin  dərnək üzvləri və klub müəssisələrinin rəhbərləri iştirak etdilər. Tədbir çərçivəsində Məmməd Araza həsr olunmuş MKS-in uşaq kitabxana filialının  hazırladığı  “Araz həsrətli şair” adlı foto stendə və kitab sərgisinə baxış keçirildi. Mədəniyyət mərkəzinin direktoru, AYB üzvü Hafiz Mirzə  çıxış edərək Məmməd Arazın ən çətin dövrlərdə xalqına, vətəninə sədaqət göstərməsi barəsində faktlardan, şairin poeziyasında milli ruhun  vətənə məhəbbətin verilməsindən danışdı, şairin ruhuna rəhmət dilədi. Mədəniyyət mərkəzinin “Vaqif” bədii qiraət dərnəyinin üzvləri Nurlan Quluzadə, Elvin Abdullayev, Jalə Bayramova, Fatimə Mirzəzadə, Saleh Əzimov və Leyla Zülfüqarovanın iştirakı ilə Məmməd Arazın şeirlərindən ibarət kompozisiya təqdim olundu. AYB üzvü, şair Ağamir Cavad Məmməd Araz poeziyası barədə geniş təhlillər apardı, onun Azərbaycan ədəbiyyatında tutduğu mühüm yeri, yazdığı vətənpərvərlik şeirlərinin milli-azadlıq hərəkatı zamanı oynadığı rolunu xüsusi vurğuladı. Tədbir zamanı müğənni Murad Ağayev  Məmməd Arazın sözlərinə yazılmış mahnılar ifa etdi.

Keçidlər